HAQQIMIZDA

Şirkətimiz 2017-ci ildən bəri fəaliyyətdədir və yarandığımız gündən bəri amalımız müştərilərimizə "saf təmizlik" bəxş etməkdir. İş prinsipimizin əsası müştəri məmnuniyyəti olduğundan həm fərdi şəxslərə, həm də şirkətlər üçün professional təmizlik xidməti göstərməkdən qürur duyuruq. İşini sevən, operativ heyətimizlə məkanlarınızın yüksək səviyyədə təmizliyini çox düşünmədən bizə həvalə edə bilərsiniz. Dünya standartlarına cavab verən təmizlik avadanlıqlarımız və işini bilən mütəxəssislərimiz bizi "SAF" edən əsas ünsürlərdəndir. Peşəkar təmizlik komandamız sizə lazım olan hər yerdə təmizlik ehtiyaclarınızı ödəməyə hazırdır.

Şirkətimizin sizə təklif etdiyi xidmətlər yalnız təmizliklə də yekunlaşmır. Belə ki, ofis daxilində yaxud korporativ tədbirlər zamanı çay və qəhvə təminatı tərəfimizdən həyata keçirilir.

"SAF Təmizlik" sizə nə vəd edir?

  • - Tikinti və təmir sonrası təmizlik;

  • - Hündürlükdə yerləşən fasad hissələrin təmizliyi;

  • - İş, tədris mərkəzləri və baxçalarda günlük təmizlik;

  • - Yumşaq mebellər, xalça və pərdələrin yerində kimyəvi təmizliyi;

  • - Ofislərdə xanım işçilər tərəfindən çay və kofe təminatı;

  • - Santexnik, elektrik, bağban xidmətləri;

  • - Tullantıların daşınması xidmətləri;

Əməkdaşlıq etdİyİmİz şİrkətlər